“TikTok” fenomeni yüksəklikdən dənizə atılarkən ölüb

03.06.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


“TikTok” fenomeni olduğu deyilən 19 yaşlı Tiyana Radonjiç Monteneqroda paraşütlə uçarkən panikaya düşüb və 50 metrdən Adriatik dənizinə yıxılaraq ölüb.
Reyting.az
xəbər verir ki, faciə Monteneqronun Budva şəhərində qeydə alınıb.
Serbiya vətəndaşı Tiyana Radonjiç paraşütün təhlükəsizlik kəmərini açıb və dənizə düşüb.
Hadisədən sonra təcili yardım xidmətləri sürətlə axtarışlara başlayıb, lakin sonradan gənc qızın həyatını itirdiyi təsdiqlənib.
Qeyd edilir ki, Radonjiç tətil üçün bibisi ilə Monteneqroya gəlibmiş.
Bəzi iddialara görə, o, çimərlikdə bir şəxsin pulsuz paraşütlə gəzinti təklif etdikdən sonra tədbirə qatılıb.
Digər iddiaya görə, gənc qız yerli turizm agentliyi üçün tanıtım videosu çəkirmiş.
Hadisənin səbəbinin “panik atak” olduğu düşünülsə də, gənc qızın ailəsi ətraflı araşdırma tələb edir.
Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью