TikTok fenomeninin faciəvi ölümü

21.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Rusiyalı reper və TikTok fenomeni Viktoriya Lerman hamam otağında faciəvi şəkildə ölüb.

News24.az xəbər verir ki, 32 yaşlı gənc qadın huşunu itirərək faciəvi şəkildə həyatını itirib.

Hadisə Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində baş verib. Viktoriyanın adı açıqlanmayan dostu bildirib ki, gənc qadın hamama girdikdən saatlar sonra hamamdan çıxmayıb. Daha sonra içəri girib və onun cansız bədənini görüb. Kişi dərhal təcili yardıma zəng edərək gənc qadının cəsədinin ciddi şəkildə xəsarət aldığını bildirib.

Hazırda faktla bağlı araşdırma davam edir.

Ağa Dadaşzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью