“TikTok” İndoneziyada 9 milyon istifadəçi hesabını deaktiv edib

08.10.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deaktiv edilən hesablar yetkinlik yaşına çatmayanlara aiddir

“TikTok” ölkənin yeni Uşaqların Rəqəmsal Müdafiəsi Qanununa uyğun olaraq yaş həddini 16-ya qaldırdıqdan sonra İndoneziyada təxminən 9 milyon yetkinlik yaşına çatmayan istifadəçi hesabını deaktiv edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Antara” xəbər agentliyi İndoneziyanın Rabitə və Rəqəmsal Texnologiyalar Nazirliyinəm istinadən məlumat yayıb.

Nazir Mutya Hafidə deyib: "Biz bunu irəliləyiş kimi görürük". Nazir həmçinin “Meta” tərəfindən görülən tədbirləri də sadalayıb. Xüsusilə, “Instagram” 16 yaşdan kiçik təxminən 85 min istifadəçi hesabını, “Facebook” isə təxminən 99 min istifadəçi hesabını deaktiv edib.

Lakin nazir qeyd edib ki, “Meta” platforması “Threads” hələ də İndoneziya hakimiyyət orqanlarına hesabların deaktiv edilməsi və ya İndoneziya qanunlarına uyğun digər tədbirlər barədə məlumat verməyib.

"Buna görə də, “Meta”nı, xüsusən də “Threads” ilə bağlı öhdəliklərini yerinə yetirməsini dərhal nümayiş etdirməyə çağırırıq", - deyə o vurğulayıb.

Aprel ayında agentlik “TikTok”un İndoneziyanın yeni Uşaqların Rəqəmsal Müdafiəsi Qanununa əməl etdiyini və İndoneziya istifadəçiləri üçün yaş həddini 16-ya qaldırdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью