TikTok məlumat sızmasına görə 500 milyon avro cərimələnəcək

03.04.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İrlandiya Məlumatların Mühafizəsi Komissiyası TikTok-u AB-dən Çinə məlumat ötürdüyünə görə 500 milyon avro cərimələyəcək.

Bakupost.az xəbər veir ki, bu barədə Bloomberg yazıb.

Cəriməni sosial şəbəkənin sahibi olan Çinin ByteDance şirkəti ödəməli olacaq. Mənbənin sözlərinə görə, cərimənin tətbiqi ilə bağlı qərar aprelin sonuna qədər veriləcək.

Qeyd olunur ki, TikTok bundan əvvəl yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının emalı ilə bağlı iddia edilən pozuntulara görə tənzimləyicidən 345 milyon avro cərimə alıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Apple, Google, TikTok və digər rəqəmsal nəhənglərin Aİ qanunlarına uyğunluğunu təmin etmək üçün fəaliyyətlərini izləyir.

Zaur, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью