“TikTok” qadağan edilir: Yanvarın 1dən etibarən...

22.12.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvardan etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.

Gununsesi.info Ajans.az – a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Edi Rama müəllimlərlə görüşündə bildirib. Paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.

“Çində “TikTok”da tələbələrə dərslərinə hazırlaşmağın, ətraf mühiti və ənənələri qorumağın yolları öyrədilir. Çindən kənarda isə bunun tam əksidir”, – deyə hökumət başçısı bildirib.

Hökuməti bu addımı atmağa ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi vadar edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью