TikTok qadağası daha 90 gün təxirə salınıb

18.06.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ prezidenti Donald Tramp ABŞ-da TikTok-dan istifadəni faktiki olaraq qadağan edən iki partiyalı qanunun icrasını yenidən 90 gün gecikdirib.
Reyting.az
xəbər verir ki, bunu Ağ evdən bildiriblər.
“Prezident Trampın dəfələrlə vurğuladığı kimi, o, TikTok-u qadağan etmək niyyətində deyil. Uzadılma 90 gün olacaq və bu müddət ərzində administrasiya amerikalıların məlumatlarının təhlükəsiz olduğuna əmin olaraq TikTok-dan istifadəni davam etdirə bilmələri üçün razılığa gəlməyə çalışacaq”,- Ağ evin mətbuat katibi Kerolin Levitt qeyd edib.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью