Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.
Sfera.az xatırladır ki, ABŞ Ali Məhkəməsi Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok”un ABŞ-dəkı fəaliyyətini davam etdirməsi üçün yanvarın 19-na qədər vaxt verib.
Həmin tarixə qədər “TikTok”un ABŞ-dəki yayım hüquqi başqa bir arzulanan şəxsə satılmalıdır.
Bu qərardan o nəticə çıxır ki, platforma qeyd edilən tarixə qədər satılmasa, ABŞ-də tamamilə qadağan olunacaq.
“TikTok”un ABŞ-də 170 milyondan çox istifadəçisi var. Şirkət bu qədər istifadəçini itirmək istəmirsə, təcili olaraq ABŞ-də alıcı tapmalıdır,
Ağ Evin bəyanatında deyilir ki, qanunun icrası yanvarın 20-də vəzifəyə başlayacaq Donald Tramp administrasiyasının üzərinə düşür.
Tramp daha əvvəl “TikTok”u xilas etməyin bir yolunu tapacağını deyərək istifadəçilərə ümid vermişdi.