TikTok üçün video çəkən sürücü yol polisinə çiyin atdı VİDEO

16.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda yol hərəkəti qaydalarını pozan moped sürücüsü öz hərəkətlərini sosial şəbəkədə paylaşaraq diqqət çəkməyə çalışıb. Avtosfer.az-ın məlumatına görə, həmin görüntülərdə moped sürücüsü digər avtomobilləri sıxışdıraraq təhlükəli vəziyyətlər yaradır və yol hərəkəti qaydalarını kobud şəkildə pozur.

O, əvvəlcə avtomobillərin arasından məsafə saxlamadan keçərək təhlükə yaradıb, ardınca isə qanunsuz olaraq avtobus zolağına çıxaraq orada hərəkətini davam etdirib. Ən təhlükəli hərəkətlərindən biri isə yol polisi avtomobilini sıxışdırmasıdır. Həmin anları qeydə alan moped sürücüsü videoları öz sosial şəbəkə hesabında paylaşaraq daha çox izləyici kütləsi yığması olub.

Sözügedən videonu təqdim edirik.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью