TikTok un dörd namizəddən birinə satılacaq

10.03.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

TikTok-un ABŞ-dakı gələcəyi səbirsizliklə gözlənilir. Tramp administrasiyası yanvarın 19-da bağlanan tətbiqin satışı üçün əlavə 75 gün vaxt vermişdi.

News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən TikTok-un ABŞ-dakı əməliyyatları üçün dörd fərqli potensial alıcı ilə görüşdüyünü açıqlayıb.

Air Force One telekanalında jurnalistlərə açıqlama verən Tramp, "Dörd fərqli qrupla görüşürük və bir çox insan TikTok-u istəyir" deyib. 

Qeyd edək ki, Tramp TikTok almaq istəyən namizədlərin adını açıqlamayıb.

Eyni zamanda, TikTok-un yeni sahibinin aprel ayına kimi müəyyən ediləcəyi gözlənilir.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью