Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok” platformasında yeni funksiyanın aktivləşdirildiyi iddia olunur.
Guya istifadəçilər izlədikləri videolara görə pul qazana biləcəklər.
Bu məlumat bəzi ölkələr üçün qismən doğru olsa da, Azərbaycanda belə bir rəsmi funksiyanın mövcudluğu təsdiqlənməyib.
Mövcud vəziyyətdən istifadə edən dələduzlar saxta saytlar yaradaraq vətəndaşları xüsusi linklərə yönləndirirlər.
Həmin linklər vasitəsilə istifadəçilərin şəxsi məlumatları, hesabları və bank məlumatları ələ keçirilir.Bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, “TikTok”da video izləyərək pul qazanmaqla bağlı yayılan iddialar, əslində “TikTok”un bəzi Avropa ölkələrində sınaqdan keçirdiyi "TikTok Lite" proqramına əsaslanır:“Lakin Azərbaycanda bu funksiya hazırda aktiv deyil və rəsmi olaraq dəstəklənmir.
Dələduzlar bu qlobal xəbəri fürsət bilərək, "Azərbaycanda da artıq pul qazanmaq mümkündür" adı altında saxta kampaniyalar başladırlar.
Onlar hazırladıqları tələ saytları vasitəsilə vətəndaşları qeydiyyatdan keçməyə təşviq edir, nəticədə istifadəçilərin TikTok giriş məlumatlarını, e-poçt şifrələrini və ən pisi, "ödəniş kartını təsdiqləmək" bəhanəsi ilə bank kartı rekvizitlərini ələ keçirirlər.