“Tiktok”a baxıb “səs çıxaran” qurğu düzəltmək istədi ZƏHƏRLƏNDİ

01.01.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləsuvarda yeniyetmə zəhərlənib.

Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası bildirib ki, övladı “Tik-tok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью