“TikTok”da 92 manatlıq jeton başına bəla oldu 3 il 6 ay həbs

01.07.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az Xitab24.az-a istinadla xəbər verir ki, bu işdə 1993-cü il təvəllüdlü Qənimət Göyüşov (ad-soyad şərtidir) təqsirləndirilib.

Məlum olub ki, Qənimət qadına məxsus fotoları sosial şəbəkədən əldə edərək, saxta hesab yaradıb. O, yaratdığı saxta hesaba seks işçisi görüntüsü verib və pul qarşılığında münasibət təklif edib.

Maraqlıdır ki, Qənimət Göyüşov zərərçəkmişi “TikTok”da canlı yayımda hədələyib. O, qarşı tərəfdən qiyməti 54 dollar (92 AZN) olan hədiyyə jeton istəyib. Əks halda onu rüsvay etməklə hədələyib.

Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью