“TikTok”da canlı açıb qumar oynayırlar VİDEO

26.11.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi sosial şəbəkə platfromalarında açıq-aydın qumar oynanılır.

Bakıvaxtı.az  bildirir ki, "Tik Tok" sosial platformasında yaşanan bu hadisə müzakirələrə səbəb olub..

Ölkədə bu cür təhlükənin qurbanına çevrilən şəxslərin sağalması üçün fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birinin rəhbəri Ceyhun Salmanovun sözlərinə görə, son vaxtlar müraciət edənlərin çoxu asılılıq yaradan qumarı  məhz sosial şəbəkələrdə oynayıb.

Mərkəzin aparıcı mütəxəssisi Məmmədrza Qafarovun sözlərinə görə, qumarın qurbanına çevrilənlərin sayı demək olar ki, narkotik istifadəçilərindən daha çoxdur.

Məsələ ilə bağlı Daxili işlər nazirliyindən '' Xəzər Xəbər''ə bildirildi ki, məsələ nəzarətə götürülüb.

Nazirlik vətəndaşlara bu kimi oyunlarda iştirak etməməyi tövsiyyə edir.

Bakıvaxtı.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью