“TikTok”da canlı açıb qumar oynayırlar VİDEO KONKRET

26.11.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi sosial şəbəkə platfromalarında açıq-aydın qumar oynanılır.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, “Tik Tok” sosial platformasında yaşanan bu hadisə müzakirələrə səbəb olub..

Ölkədə bu cür təhlükənin qurbanına çevrilən şəxslərin sağalması üçün fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birinin rəhbəri Ceyhun Salmanovun sözlərinə görə, son vaxtlar müraciət edənlərin çoxu asılılıq yaradan qumarı  məhz sosial şəbəkələrdə oynayıb.

Mərkəzin aparıcı mütəxəssisi Məmmədrza Qafarovun sözlərinə görə, qumarın qurbanına çevrilənlərin sayı demək olar ki, narkotik istifadəçilərindən daha çoxdur.

Məsələ ilə bağlı Daxili işlər nazirliyindən ” Xəzər Xəbər”ə bildirildi ki, məsələ nəzarətə götürülüb.

Nazirlik vətəndaşlara bu kimi oyunlarda iştirak etməməyi tövsiyyə edir.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью