“TikTok”da dövlət qulluqçularını şantaj edən şəxs həbs olundu

02.09.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"TikTok"da "fake" qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa olunub.

Yenisabah.az DİN-ə istinadla xəbərb verir ki, o, hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, onları hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub. pizza hut

O, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.

Ş.Fətullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью