Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu yolla vətəndaşları hüquqi yardım adı altında aldadıb, onların külli miqdarda pulunu ələ keçirmiş Səbiyyə Panəliyeva həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bu barədə məlumat verərək bildirib ki, özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb. Onun 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 min 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyənləşdirilib. Bununla əlaqədar Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Səbiyyə Panəliyeva barəsində həbs qətimkan tədbiri seçilib.
“İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 min 529 manatının ödənilməsi təmin olunub. Hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Səbiyyə Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər”, - deyə Cəsarət Qəmbərli bildirib.
Aytən, Bizimyol.info