TikTokda “pro.avto.kredit.444” səhifəsinin admini saxlanıldı

23.11.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

“TikTok” sosial şəbəkəsində “pro.avto.kredit.444” adlı səhifədə yayımlanan avtomobil elanları ilə bağlı beh ödəyən şəxslərin aldadılması barədə polisə müraciətlər daxil olub.

Lent.az xəbər verir ki, vətəndaşlar müraciətlərində bildiriblər ki, avtomobillərin kreditlə satışı barədə elanlar paylaşan həmin səhifə ilə əlaqə saxlayıblar.

Onların sözlərinə görə, qarşı tərəfin tələbi ilə beh göndəriblər, ödənişdən sonra isə səhifədə bloklanıblar.

Nərimanov rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən  dələduzluq əməllərini edən Elvin Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью