Icma.az, Avtosfer saytına istinadən bildirir. "Bəzi sosial şəbəkələrdə qadın və kişiləri pis vərdişlərə sövq edən amillər var”.
Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub "Tiktok”da qadın izləyicilərinin sayının çox olması səbəblərini izah edərkən deyib.
Sosioloq sözügedən şəbəkənin izləyicilərini qəfəsdən çıxan insanlara bənzədib: "Bu amillər nədir?
Əsas məsələ budur, onlar nəyi subut eləmək istəyirlər? "Tiktok” izləyiciləri qəfəsdən çıxan insanlara bənzəyir, özlərini kimlərəsə nümayiş e
Bu, ciddi araşdırma mövzusudur. Açıq-saçıq videolar, səhifələr "İnstaqram”da da çoxdur.
Hələ qonşu ölkələrin bəzilərində "İnstaqram”dakı açıq-saçıq paylaşımlar dəhşətli dərəcədədir”.
Sosioloq qeyd edib ki, hansı şəbəkədə izləyici çoxdursa, orada açıq-saçıq paylaşımların sayı da çoxdur: "Qadınların "Tiktok”da aktiv olmasının səbəbi onun imkanlarının daha əlçatan, izləyicilərin daha çox olmasıdır.
Buna görə "Tiktok” populyarlıq qazanıb. "Tiktok”da ödənişlər, uduşlar var, orada pul qazanmaq imkanları daha rahatdır.