“TikTokda qeyri etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

12.06.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə Səfayıl Əliyev Ağdam rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью