“TikTok”dakı videonu təkrarlayan uşaq reanimasiyaya yerləşdirildi

30.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Sosial şəbəkələr və videoplatformalar hüquqi baxımdan bir ölkəyə aid olsa da, məzmun beynəlxalqdır. Oyun və  proqramlardan dinindən, yaşından, ölkəsindən asılı olmayaraq hamı istifadə edir. Bu gün fransız valideynin yaşadığı iztirabı azərbaycanlı ana da yaşaya bilər. Parisli uşağın hərəkətini bakılı məktəblinin təkrarlamayacağına heç kim zəmanət vermir. Lakin valideynləri xəbərdar edərək azı bir faciənin qarşısını alsaq, ciddi bir iş görmüş olarıq.

News24.az xəbər verir ki, hadisə Parisdəki ticarət mərkəzlərinin birində baş verib. 11 yaşlı uşaq “TikTok”da gördüyü videonu təkrarlamaq üçün  dörd metr hündürlükdən tullanıb. Eskalatorun üzərinə yıxılan uşaq ciddi travma alıb və bir neçə sümüyü sınıb. Hadisə məktəblinin nənəsinin gözü qarşısında baş verib. 

Ötən gün reanimasiyaya yerləşdirilən uşağın vəziyyəti ağırdır. Bu da bir daha göstərir ki, telefondan nəzarətsiz istifadə hansı faciələrə gətirib çıxarır.\\Avtosfer.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью