Tiktoker Aytən Fətullayeva 10 sutka HƏBS EDİLDİ

12.09.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“TikTok” platformasında “Z aa997” adı ilə tanınan Aytən Fətullayeva inzibati qaydada 10 sutka müddətinə həbs edilib.
Bizim.Media “Real Azərbaycan”a istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü, Saatlı rayon sakini Aytən Fətullayeva hoteldə mübahisə yaradıb və orada çalışan Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.
Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, hadisə günü saat 04:46 radələrində işlədiyi hotelə üç nəfər yaxınlaşıb:
“Xanımlardan biri spirtli içkinin təsiri altında hoteldə səs-küy salmağa başladı. Onlara bu vəziyyətdə hotelə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman həmin xanım şəxsiyyətimə qarşı qeyri-etik və küçə söyüşləri işlətdi”.
Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Toplanmış materiallar araşdırılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında Aytən Fətullayeva hadisədən peşman olduğunu bildirib və hakimdən onu bağışlamasını istəyib. Lakin müşavirədən qayıdan hakim onun barəsində 10 sutka müddətinə inzibati həbs qərarı verib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью