Tiktoker Çevik həbs edildi

28.07.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Tiktokda Çevik ləqəbi ilə tanınan Məqsəd Məcid oğlu Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, Qəbələ Rayon Polis İdarəsi tərəfindən tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən Məqsəd Bağırov 10 sutkalıq həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью