Tiktoker Əhdi və dostu sərbəst buraxıldı YENİLƏNİB

16.09.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan "Əhdi Parfum" ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

***

13 sentyabr, 14:38

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью