“TikTok”er İlhamə də TUTULDU

24.12.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polisin keçirdiyi tədbirlər davam etdirilir.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən keçirilən tədbirlər çərçivəsində bir neçə tiktoker və təşkilatçı da saxlanılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью