Tiktoker Roşka həbs edildi

27.11.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daha bir tanınmış tiktoker həbs edilib.

Lent.az xəbər verir ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Məlumata görə, tədbirlərlə 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью