Tiktoker “Roşka” ilə bağlı məhkəmədən yeni xəbər

28.07.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Yeni Sabah"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri qərarı məhkəməyə daxil olub.  

Ekspertizaya elave tedqiqat obyektleri (videogöruntüler) ilə bağlı rəy elan edilib. Ekspertlər tərəfindən rəy müsbət  qiymətləndirilib.  Toyuqlu pizza

Məhkəmənin növbəti iclası sentyabra təyin edilib.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. 

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./ Unikal


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью