Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Vaqa” kimi tanınan tiktoker Vüqar Zeynalov “Qanunla.az" saytının redaktor Orxan Rasifoğludan prokurorluğa şikayət edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə kriminal xəbər jurnalisti Anar Məmmədov məlumat yayıb.
Tiktoker iddia edir ki, sayt redaktoru onu ölüm həddinə çatdırıb.
V.Zeynalov canlı yayım açaraq O.Rasifoğlunun onu şantaj etdiyini, əməlinə son qoymayacağı halda intihar edəcəyini bildirib.
Xatırladaq ki, O.Rasifoğlu bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin adından istifadə edərək məhkum valideynindən pul almaqda günahlandırılırdı. Həmin əməlinə görəonun Bakı Ağır Cinayətlər Məhkəməsinə girişinə qadağa qoyulmuş və hüquq-mühafizə orqanlarına şikayət olunmuşdu.
O.Rasifoğlunun redaktoru olduğu sayt keçmiş məhkum Adəm Məmmədova məxsusdur.
"Vaqa" ləqəbli Vüqar Zeynalov da "Magerramoff" ləqəbli Əmrah Məhərrəmov, "Xozeyn" ləqəbli Vüqar Kərimov adlı tiktokerlərlə birlikdə həbs olunmuşdu.
Bu ilin my ayında azadlığa çıxan "Vaqa" CM-in 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilirdi.
İbrahim Məmmmədov