Tiktoker Zəhra həbs olundu Yeni Gündəm

27.12.2024

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Azərbaycanda daha bir tiktoker həbs olunub.

“Yeni Gundem” lent.az-a istinadən xəbər verir ki, tiktoker Zəhra Abbasova barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.

Z.Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTokdakı verilişinin qonağı olub.

Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.

Bu gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” ləqəbli Vüqar Zeynalzadə və “Nuh” ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью