Tiktokerlər Luvr Muzeyinə öz fotolarını yerləşdirdilər VİDEO

24.11.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkədə 450 min izləyicisi olan 2 belçikalı tiktoker Luvr Muzeyində maraqlı eksperiment aparıb. 

Avtosfer.az xəbər verir ki, onlar öz fotolarını muzeyə keçirməyə nail olublar. Bunun üçün onlar öz portretlərini “Lego” oyuncaq qabına qoyaraq təhlükəsizlik nəzarətindən keçirməyə nail olublar. Saat 17 radələrində tablonu Cokonda rəsminin olduğu divara yapışdıran belçikalılar bu əməllərini videoya çəkərək muzeydən uzaqlaşıblar.
Muzeyin təhlükəsizlik xidməti məsələdən xəbərdar olduqda isə gənclər artıq binanı tərk etmişdilər. 
Muzeyin mətbuat xidməti hadisədən cəmi 3 dəqiqə sonra tablonun yığışdırıldığını desə də, tiktokerlər onun yalnız ertəsi gün götürüldüyünü iddia edirlər.
Luvr Muzeyi gənclərlə bağlı polisə şikayət ərizəsi ünvanlayıb. Onların çəkdilkəri videonu isə yüz minlərlə istifadəçi izləyib.  Bu hərəkət yenidən muzeylərin təhlükəsizliyi məsələsini aktuallaşdırıb.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью