Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə qanunazidd, əxlaq normalarının kobud şəkildə pozulması halları ilə mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində “TikTok” sosial platformasında narkotik maddənin təbliğatı ilə məşğul olan, canlı yayımlar zamanı etikadan kənar cümlələr işlədən, hərəkətlər edən şəxslər həbs olunub.
Onların arasında övladına, ayxud valideyninə qarşı qeyri-etik davranış sərgiləyənlər də var.
Avtosfer.az xəbər verir ki, ötən gün “TikTok”da blogerlərin təşkil etdiyi, qalibə avtomobil vədi verilən yarışda iştirak edən, eyni zamanda danışıq zamanı etik çərçivələrdən kənara çıxan, bəziləri əvvəllər də həbs olunan blogerlər saxlanılıb.
Belə ki, aralarında əvvəllər televiziyada aparıcı da işləmiş Azər Zahidin, şairə İlhamə Elşadqızının olduğu blogerlərdən ibarət dəstə təşkil etdikləri veriliş zamanı sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etmələri səbəbilə həbs ediliblər.
Hər birimizə məlumdur ki, bir müddət əvvəl Türkiyədə eyni davranışları sərgiləyən, əhalidə müəyyən qrupa nifrət formalaşdırmağa çalışan və qənaət etməmə səbəbilə blogerlərin həbsinə başlanılmışdı və bundan sonra Türkiyədə dövlət rəhbərliyi “TikTok” sosial platformasına məhdudiyyətlərin tətbiq edilməsi abrədə qərar qəbul etdi.
ABŞ “TikTok” şirkətini cəmiyyətə zərər vurma səbəbilə məhkəməyə verib və şəbəkənin ABŞ ərazisində ümumiyyətlə istifadəsinin qadağası ilə bağlı qərar verməyə hazırlıq gedir.