Icma.az, Anews saytına istinadən bildirir. Avropa Parlamenti TikTok-un Rumıniyadakı prezident seçkilərinəi roluna dair suallara cavab tələb
"Azadlıq Radiosu"nun məlumatına görə, birinci turda məşhur TikTok istifadəçisi və ultrasağçı populist Kalin Jorjesku qalib gəlib.
Rumıniyada prezidentliyə namizəd olan Jorjesku TikTok-da böyük izləyici kütləsinə sahibdir.
Tədqiqatçılar səsvermədən əvvəl minlərlə saxta hesabın gizli aktivliyini aşkar etdiklərini bildiriblər.
Prezidentliyə digər namizəd, lakin ikinci tura keçə bilməyən Rumıniyanın Baş naziri Marçel Çolaku, Jorjeskunun TikTok-dakı kampaniyasının maliyyələşdirilməsinin araşdırılmalı olduğunu deyib.
Jorjeskunun heç bir partiya dəstəyi olmamasına baxmayaraq, seçkilərə yaxın günlərdə TikTok-da apaardığı böyük kampaniya diqqət mərkəzindədir.
Sorğular onun populyarlığını göstərməsə də, tədqiqatçılar TikTok-da "minlərlə saxta hesabın dalğasını" müşahidə etdiklərini iddia edirlər.
"Biz TikTok-un baş direktorunu çıxış etməyə və platformasının Rəqəmsal Xidmətlər Qanununu pozmadığını təmin etməyə çağırırıq," - Avropa Parlamentinin deputatı Valeri Hayer bildirib.