Tiktokun Novruz aksiyası: qaliblər mükafat aldı

16.04.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan Tiktok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub.

#Novruz2025 həştəqi çərçivəsində istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini göstərən bayram süfrəsinə aid yemək reseptlərini paylaşıblar. Eləcə də ölkənin zəngin adət-ənənələrinin gözəlliyini nümayiş etdirdikləri 12 mindən çox video hazırlayıblar.

Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olunub. Qaliblərə layihənin tərəfdaşı - kurort şəhəri "Sea Breeze"in hədiyyələri təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью