“Tilov ” serialın yaradıcı heyəti ilə görüş

02.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kino zalında “Tilov ” serialın yaradıcı heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, görüşdə serialın rejissoru Emil Quliyev, ssenaristləri Pərviz Həsənov, Araz Bayramov, operatoru Məhəmməd Osmanov, aktyorlar Yaqut Paşayeva, Mələk Mustafayeva və Amid Qasımov iştirak ediblər.

Serialın yaradıcı heyəti ilə tələbə və gənc kinematoqrafçılarla görüş onların bu sahə ilə bağlı maraqlarını təmin etməyə şərait yaradıb.

Edilən müzakirələr əsasında tələbələrin sualları cavablandırılıb və onlara bu sahə ətrafında istiqamət göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью