Tim Kuk açıqladı: Apple dan ayrılacaq?

20.03.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

"Apple"ın baş direktoru Tim Kukun təqaüdə çıxacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin Kuk bu söz-söhbətləri qəti şəkildə təkzib edib.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, "Apple"ın 50 illiyi yaxınlaşdığı, şirkətin qatlanan telefon üzərində çalışdığı və süni intellekt sahəsində yeni istiqamətlər axtardığı bir dövrdə Tim Kuk vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.

Kuk "Good Morning America" proqramında Maykl Strahan ilə müsahibəsində açıq danışıb: “Təqaüdə çıxmaq planım yoxdur”.

Kuk "Apple"dakı fəaliyyətindən də bəhs edib: “İşimi həqiqətən sevirəm. 28 il əvvəl "Apple"a qoşuldum və o gündən bəri hər günümdən zövq alıram”.

O, çətin dövrlər yaşadıqlarını qəbul etsə də, komandasından razıdır: “Birlikdə çalışdığım insanlar məni daha yaxşı edir”.

Kuk 2011-ci ildə baş direktor vəzifəsinə təyin olunub. O, şirkətə 1998-ci ildə "Compaq"dan ayrılaraq qoşulub.

Müsahibə Kukun Harlem bölgəsində yerləşən "Wadleigh Secondary School for the Performing & Visual Arts" məktəbinə səfəri zamanı baş tutub. Bu məktəbdə şagirdlər "Save the Music" layihəsi çərçivəsində "Apple" texnologiyalarından istifadə edirlər.

Noyabr ayında "Financial Times" nəşri "Apple"ın yeni baş direktor hazırlığında olduğunu yazıb. Lakin Mark Qurman bu iddia ilə razılaşmayıb. Onun fikrincə, Kukun yaxın zamanda vəzifəsini tərk etməsi ehtimalı aşağıdır.

Kukun baş direktor olduğu müddətdə şirkət ciddi şəkildə böyüyüb:

* Gəlirlər demək olar ki, 4 dəfə artıb
* Çoxsaylı yeni "iPhone" modelləri təqdim olunub
* "iPad", "Apple Watch" və "AirPods" seriyaları genişlənib

Bu il şirkət 599 dollar dəyərində olan "MacBook Neo" modelini təqdim edib. Bu cihaz münasib qiymətli noutbuk bazarında balansı dəyişib. "Apple" eyni zamanda ilk qatlanan "iPhone" modelini də hazırlayır.

Müsahibənin ən diqqət çəkən hissələrindən biri telefon istifadəsi ilə bağlı olub. Bu gün bir çox insan gündə ən azı 4 saat telefon istifadə edir. Gənclər arasında bu göstərici 5–6 saata çatır.

Kuk bu vəziyyətdən narazıdır: “İnsanlar telefona baxmaqdansa bir-birinin gözlərinə baxmalıdır. Davamlı ekranı sürüşdürmək vaxt keçirmək üçün düzgün yol deyil. Çölə çıxın, təbiətə gedin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью