Tim Kuk: iPhone 17 yə tələbat rekord həddə çatıb

01.05.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Apple şirkətinin baş direktoru Tim Kuk yeni iPhone 17 modelinə tələbatın rekord səviyyəyə çatdığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yeni flaqman modellərə yüksək maraq səbəbindən təchizat zəncirində əlavə komponentlərin əldə olunması ilə bağlı müəyyən çətinliklər yaranıb.

Şirkətin maliyyə hesabatına əsasən, 2025-2026 maliyyə ilinin ikinci rübündə iPhone satışlarından əldə olunan gəlir 21,7 faiz artaraq 56,9 milyard dollara çatıb.

Eyni zamanda, MacBook Neo satışlarından gəlir 5,7 faiz, iPad satışlarından isə 8 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью