Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Avropa İttifaqının 20-ci anti-Rusiya sanksiyalar paketində reper Timatinin (Timur Yunusov) də adı var.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Aİ Şurasının saytında dərc olunmuş press-relizdə qeyd olunub.
Bundan başqa Aİ Ermitaj muzeyinin baş direktoru Mixail Piotrovski və Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə də məhdudiyyətlər qoymaq niyyətindədir.