Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir. Müəllif: Tamara Mustafayeva, Banco.az “TIME” jurnalı 2025-ci il üzrə "Dünyanın ən
Banco.az xəbər verir ki, “TIME” jurnalı bu ilki siyahısında yalnız təbii gözəlliklərə deyil, eyni zamanda mədəni zənginliklərə, dayanıqlı tu
Siyahıya daxil olan istiqamətlər arasında Cənubi Amerikadan Asiyaya, Avropadan Afrikaya qədər geniş coğrafi müxtəliflik müşahidə olunur.
Ən çox diqqət çəkən yerlərdən biri Perunun paytaxtı Limada yerləşən AWA restoranıdır.
Bu məkan ənənəvi Amazon mətbəxini müasir toxunuşlarla birləşdirərək, qastronomiya həvəskarlarının üstünlük verdiyi istiqamət kimi siyahıya daxil olub.
Türkiyənin Bodrum şəhərində yerləşən Maxx Royal Bodrum oteli isə təkcə lüks yerləşmə imkanları ilə deyil, həm də dayanıqlılıq vizyonu və orijinal memarlığı ilə ön plana çıxaraq ölkəni təmsil edən önəmli bir məkan kimi siyahıda yer alıb.
Afrikanın ən dəyərli təbii irslərindən biri olan Viktoriya Şəlalələri yaxınlığında yerləşən Mbano Manor Hotel Zimbabveni təmsil edərək, lüks qonaqlama ilə yerli mədəniyyətin və təbiətin ahəngini bir araya gətirməsi ilə fərqlənib.
Amerika Birləşmiş Ştatlarında, Arizona ştatının Flagstaff bölgəsi isə Lowell Rəsədxanası ilə ziyarətçilərə bənzərsiz bir səma müşahidə təcrübəsi təqdim edir.