Timo Vernerin yeni klubu bilindi RƏSMİ

30.01.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Timo Verner karyerasını ABŞ-də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard MLS təmsilçisi "San-Xose Ertkveyks"ə keçib.

Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, yeni klubunda 11 nömrəli formanı geyinəcək. Almaniyalı futbolçu ilə 2028-ci ilin yayına qədər müddətə müqavilə imzalanıb. Bundesliqa klubu ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən Verner MLS təmsilçisinə azad agent kimi transfer olunub. 

Qeyd edək ki, "Ştutqart"ın yetirməsi olan forvard karyerası ərzində İngiltərənin "Çelsi" və "Tottenhem" klublarında da çıxış edib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью