Timofeyev və Onur Çinə gedib

16.06.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 16-dən iyulun 4-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью