Timoşenko üçün böyük məbləğdə girov ödəyiblər

23.01.2026

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın keçmiş baş naziri, "Batkivşçina" parlament fraksiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon qrivna girov tam ödənilib.

Reyting.az xəbər verir ki, məlumatı yerli "Transparency International Ukraine" nəşri ölkənin Ali Antikorrupsiya Məhkəməsinə istinadla yayıb.

Girovu kimin ödədiyi açıqlanmır. Bununla belə, "Sxemı" nəşri yazır ki, bu məbləğ 10 nəfər tərəfindən, 180 minlə 8 milyon qrivna arasında ödənilib.

Korrupsiyada ittiham olunmuş Y. Timoşenkonun azadlığı üçün girov ödənişi edənlər arasında onun partiyasının əsas sponsorlarından biri olan deputat Konstantin Bondarevin də olduğu və onun 5 milyon qrivna ödədiyi bildirilir.

Xatırladaq ki, yanvarın 16-da məhkəmə Timoşenko barəsində 33 milyon qrivna girov qətimkan tədbiri seçmişdi. Timoşenko eyni zamanda bu proses ərəfəsində şəxsi hesablarının məhkəməyədək bloklandığını bildirmişdi.

Qeyd edək ki, Ukraynanın antikorrupsiya orqanları Timoşenkonu ölkənin bəzi deputatlarına səsvermə ilə əlaqədar rüşvət təklif etməkdə ittiham etsə də, keçmiş baş nazir bu ittihamları rədd edir.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью