Timoşenkonun girov məbləği ödənildi − 1 milyon 300 min

23.01.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Ukraynanın “Batkivşina” parlament fraksiyasının lideri Yuliya Timoşenko üçün girov məbləği ödənilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Transparency International Ukraine” təşkilatı Ukrayna Ali Antikorrupsiya Məhkəməsinə istinadən məlumat yayıb.
Bildirilib ki, girov məbləğini ödəyən şəxsin kim olduğu açıqlanmayıb.
“Sxemı” nəşrinin mənbələri iddia edir ki, on nəfər 180.000-8 milyon qrivna arasında girov ödəyib. Onların arasında partiyanın əsas sponsorlarından biri hesab edilən Batkivşina millət vəkili Kostyantin Bondarev da var. Bildirilib ki, o, 5 milyon qrivna (200 min manat) girov qoyub.
Qeyd edək ki, yanvarın 16-sı Ukrayna məhkəməsi Timoşenkoya 33 milyon qrivna (təxminən 1,3 milyon manat) girov müqabilində həbs qərarı verib. Timoşenko bildirib ki, hesabları məhkəməyə qədər dondurulduğu üçün öz girovunu ödəyə bilməyəcək. Ukraynanın antikorrupsiya orqanları Yuliya Timoşenkoya müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs vermək üçün bir neçə Ali Rada deputatına rüşvət verməkdə ittiham edib. O, vəzifəli şəxslərə qanunsuz güzəşt təklif etmək işində (Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi) şübhəli bilinir. Onu 10 ilə qədər həbs cəzası gözləyir. Timoşenko ittihamları rədd edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью