Timoşenkoya görə 33 milyon ödənildi Partiya sədri üçün girov qoyulub

24.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün müəyyən edilmiş girov məbləği tam şəkildə ödənilib. Bu barədə “RBK-Ukrayna” nəşri Ali Antikorrupsiya Məhkəməsinə istinadən məlumat yayıb. Məhkəmənin daha əvvəl müəyyən etdiyi girovun məbləği 33 milyon qrivna (760 min dollardan çox) təşkil edir.

Ukrayna mediasının məlumatına görə, girov 10 nəfər tərəfindən 180 min qrivnadan 8 milyon qrivnayadək olan ödənişlərlə yatırılıb. Ödəniş edənlər arasında “Batkivşina” partiyasından deputat, partiyanın əsas sponsorlarından biri kimi tanınan Konstantin Bondarev də var. Bondarev 5 milyon qrivna ödəyib. Daha təxminən 13,5 milyon qrivna isə Bondarevlə əlaqəli olan iki şəxs tərəfindən yatırılıb.

Ukraynanın antikorrupsiya orqanları Yuliya Timoşenkonu Ali Radanın deputatlarına müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs vermələri üçün rüşvət verməkdə şübhəli bilirlər. Siyasətçi isə daha əvvəl işi “tamamilə siyasi xarakterli” adlandırıb və ona irəli sürülən ittihamları rədd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью