Timoteuş Puxaç: “Kiçik diqqətsizlik baha başa gələ bilər”

22.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Komanda olaraq yaxşı oyun sərgilədik, xeyli qol imkanı yaratdıq və vacib qələbə qazandıq. İndi bütün fikrimiz Finlandiyada keçiriləcək cavab qarşılaşmasındadır”.

Bu sözləri “Sabah”ın futbolçusu Timoteuş Puxaç deyib.

Polşalı müdafiəçi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubuna 1:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib. O, komandasının yaxşı oyun sərgilədiyini, çoxlu qol epizodu yaratdığını və layiqli qələbə qazandıqlarını bildirib.

“Yaxşı mübarizə apardıq və istədiyimiz nəticəni əldə etdik. Amma bu artıq geridə qaldı. İndi diqqətimizi cavab görüşünə yönəltməliyik. Meydanda daim oyuna nəzarət edən tərəf olmağa çalışırıq. İnanıram ki, səfərdə də bunu bacaracaq və növbəti mərhələyə yüksələcəyik”, - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

Cinah oyunçusu cavab qarşılaşmasına arxayın yanaşmadıqlarını da vurğulayıb:

“Mən heç vaxt meydana arxayın çıxmıram. Hər oyunda məqsədim qalib gəlməkdir. Belə turnirlərdə ən kiçik diqqətsizlik belə baha başa gələ bilər. Bunu boksla müqayisə etmək olar. Rinqdə bir anlıq boşluq rəqibin zərbəsi ilə nəticələnir. Futbolda da eyni qayda keçərlidir, sona qədər maksimum diqqətli olmalısan”.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью