Timsah 12 yaşlı uşağı öldürdü

22.09.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Malayziyada timsah balıq tutan 12 yaşlı uşağı öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cümə günü Kota-Samarahan şəhəri yaxınlığında baş verib.

12 yaşlı Arif Fəhmi Ayman Tingqal adlı oğlan qayıqda tor atarkən timsahın hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, timsah sudan sıçrayaraq uşağı tutub və batırıb. Axtarışlar 2 gündən sonra nəticə verib. Arifin cəsədi hadisə yerindən 10 km aralıda tapılıb. 

Maraqlıdır ki, sinəsində dişlək izləri olan uşağı timsah parçalamayıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью