Timsah 4 cü sinif şagirdini parçaladı

15.01.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zambiyada 10 yaşlı oğlanı timsah parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kakamba kəndində, Kariba gölünün sahilində baş verib.

Cənub vilayətinin polisinin məlumatına görə, yırtıcı səhər dərsə getməzdən əvvəl göldə çimən 4-cü sinif şagirdi Vinok Kabbaya hücum edib. Timsah oğlanı suyun altına çəkib, daha sonra isə parçalayıb.

Kənd sakinləri dərhal axtarışlara başlayıblar. Uşağın qalıqları üç saat sonra, sahildən təxminən 200 metr aralıda tapılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью