Timsah evə girdi, ev sahibəsini parçaladı

04.06.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndoneziyada evə girən timsah 28 yaşlı hamilə qadını parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mambula çayında dayaqlar üzərində qurulan evlərin birində baş verib.

Güclü yağışlar səbəbindən çayın səviyyəsi qalxıb və bəzi evləri, o cümlədən, hadisə baş verən evin bir hissəsini su basıb. 
Ev sahibəsi olan Minura adlı qadın mətbəxdə yemək hazırlayarkən, timsah ayağından yapışıb və suya çəkib. Haraya gələn bacısı Minuraya kömək edə bilməyib. Yarım saat sonra çayda onun qalıqları tapılıb.

Yeri gəlmişkən, ötən il İndoneziyada insanlara 179 timsah hücumu faktı qeydə alınıb. Onlardan 92-də hücuma məruz qalan şəxslər həyatını itirib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью