Icma.az bildirir, 525.az portalına istinadən.
Avstraliyada timsahın hücumuna məruz qalan kişi sağ qalmağı bacarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində, Brum şəhəri yaxınlığında baş verib.
Turistlər arasında da populyar olan Dampir yarımadasındakı kempinqdə dincələnlərdən birinə qəfildən daraqlı timsah hücum edib. Kişi timsahın başına bir neçə zərbə vurmaqla sağ qala bilib. Amma ciddi xəsarətlər alıb. O, ağır vəziyyətdə helikopterlə Perta şəhərindəki Kral xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, hazırda vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, son vaxtlar bu ərazidə timsahlarln aqressivliyi müşahidə olunur. Yanvar ayında da bənzər hadisə yaşanmış, 3 metrlik timsah turistlərin birinə hücum etmişdi.
L.Tağıyeva