Tiqran Abramyan:” Paşinyan məsuliyyətdən qaçır” KONKRET

18.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistan Nazirlər Kabinetində səs-küylü istefalar seçkiqabağı məntiqə uyğundur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin  müxalifətçi deputatı Tiqran Abramyan deyib.  Onun sözlərinə görə, 5-6 aydan sonra növbədənkənar seçkilərin keçirilməsinə heç bir səbəb yoxdur:

“Onsuz da  2026-cı il seçkilərinə az qalıb. Hakimiyyət illərdir yığılan problemləri  dayandırmağa çalışır. Nikol Paşinyanın üzünü qırxması da yeni planlara işarədir. Paşinyan imicini dəyişməklə yeni mesajlar verir”.

Abramyan hesab edir ki, 6 il ərzində Paşinyan çoxlu vədlər verib və indi məsuliyyəti başqalarının üzərinə atmaqla məşğuldur.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью