Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Şimali Kiprin Qazimağusa–Ercan yolunda diqqətçəkən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, minik avtomobili qarşısında gedən TIR-a arxadan çırpılıb və bir müddət yük maşını ilə birlikdə hərəkət edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmadan sonra minik avtomobili idarəetməni tam itirib və TIR-ın arxa buferinə ilişib. Qəza anı ərazidə olan şəxslər tərəfindən lentə alınıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik rəsmi məlumat verilməyib. Hadisə yerinə polis və təcili yardım xidməti cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Eltac Zülfüqaroğlu