TIR sərnişin avtobusu ilə toqquşdu, yaralı var FOTO | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir. Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün saat 10:50-də Bakı-Qazax magistral yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Məlumata görə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu